waplog

“Ultra HD” formatlı televizor


"Sony" şirkəti "NAB 2013" sərgisində "4K Ultra HD" (3840x2160) formatlı iki yeni "Bravia" televizoru təqdim edib. "XBR-55X900A" modelində ekranın diaqonalı 55 düymdən ibarətdir. Onun qiyməti təxminən 5 min dollardır. "XBR-65X900A" modelində ekranın diaqonalı 65 düymdür və onun qiyməti 7 min dollardır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, sözügedən qurğuların satışına aprelin 21-də start veriləcək. Televizorlar 65 Vatt gücündə daxili akustikaya, "Wi-Fi" üzrə simsiz internetə qoşulma üsuluna malikdirlər.

Çox yüksək təsvir ölçüsünə malik filmlər hələlik çox az olduğuna görə "Sony" şirkətinin yeni televizorları şəklin miqyasını böyütmək xüsusiyyətinə malikdirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL