waplog

“Bakcell” abunəçiləri həftə sonları pulsuz danışacaqlar


"Bakcell" şirkəti abunəçiləri üçün yeni kampaniyaya start verib. Belə ki, gənc "Bakcell" istifadəçilərinin ən sevimli tarifi olan "CİNeration" yeni təklifi ilə abunəçilərini sevindirir.

Belə ki, 9 aprel 2013-cü il tarixindən başlayaraq hər bir "CİNeration" istifadəçisi həftəsonu şəbəkədaxili pulsuz danışa biləcək.

"CİNeration" istifadəçiləri 2434 nömrəsinə pulsuz SMS göndərməklə həftəsonu pulsuz danışıq bonusunu əldə etmiş olacaqlar. Bonusları yalnız həftəlik minimal 5 AZN balans artımından sonra almaq mümkün olacaq və növbəti həftəyə şamil olunmayacaq.

Belə ki, bonusları daimi əldə etmək üçün "CİNeration" istifadəçiləri hər həftə balanslarını 5 AZN artırmaqla həftəsonu pulsuz danışıq bonusunu əldə edə biləcəklər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL