waplog

NGN texnologiyası Bakının ətraf kəndlərini əhatə edəcək


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni stansiyalar tikilməsinə start verib.

Bu barədə məlumat verən birliyin baş direktor müavini Xankişi Kişiyev dedi ki, bu işlərlə yanaşı, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının bütün kənd və qəsəbələrində mövcud olan bütün stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi planlaşdırılır.

Eyni zamanda xətt şəbəkəsinin müasirləşdirilməsi ilə sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaranacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev cənablarının sərəncamı ilə təsdiq olunmuş Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası istiqamətində bütün aidiyyəti dövlət qurumları kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanaraq icrası istiqamətində ciddi tədbirlərə başlanılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL