waplog

Azərbaycan mobil kontent yaradıcıları mobil rabitə operatorlarından daha əliaçıq olmağı xahiş ediblər


Azərbaycanın mobil kontent yaradıcıları mobil rabitə operatorlarından istifadəçilərə təqdim edilən kontentdən gələn gəlirlərin bölgüsündə daha əliaçıq olmağı xahiş ediblər.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu gün Bakıda keçirilən "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfransda Azərbaycanda ilk startup layihələri həyata keçirən və bir sıra uğurlu layihələrin müəllifi olan Elnur Baimov bildirib ki, startup yaradıcıları ilk növbədə hazırladıqları layihənin istifadəçi üçün maraqlı, investor üçün isə rentabel olmasını düşünməlidirlər.

"Layihə tələbat doğuran bir məhsul təqdim etməlidir ki, o, investor üçün maliyyə nöqteyi-nəzərindən rentabel olmalıdır və mütləq öncədən məhsulun ödəniş mexanizmi düşünülməlidir. Mən bir kontent yaradıcısı kimi, Azərbaycan mobil rabitə operatorlarının SMS xidmətləri sahəsində apardıqları siyasətdən narazıyam və hesab edirəm ki, onlar bu siyasəti dəyişdirməlidirlər. Azərbaycan SMS vasitəsi ilə göstərilən xidmətlərin çeşidi məhduddur ", - deyə o bildirib.

Bir sıra startup yaradıcısı mobil operatorların mobil kontentdən gələn gəlirlərin bölgüsündə kontent yaradıcılarına qarşı daha əliaçıq olmalarını məqsədəuyğun hesab ediblər.

"Biz istəyərdik ki, bizim mobil rabitə operatorları üçün yaratdığımız kontentdən gələn gəlirlər heç olmasa yarı-yarıya bölüşdürülsün. Hazırda ödənilən vəsait bizi qane etmir, çünki bizim xərclərimiz bir çox hallarda ödənmir ", - deyə onlar qeyd ediblər.

Mobil operatorların nümayəndəsi isə mobil kontentin əksəriyyətinin lotereyalardan və digər müsabiqə tipli məhsullardan ibarət olduğunu və sonunda qalib gəlmiş istifadəçilərə prizlərin verilməsini nəzərdə tutduğunu bildirib. Kontent yaradıcıları bunu nəzərə almırlar ki, biz bu prizləri kontentin istifadəsindən gələn gəlirlər hesabına təqdim edirik. Onlar yalnız kontentdən gələn gəliri nəzərə alırlar, bizim xərclərimizim ödənilməsini isə onlar nəzərdən qaçırırlar.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL