waplog

“Mozilla”nın baş direktoru şirkəti tərk edir


"Mozilla" rəsmiləri bildirib ki, son 2.5 il ərzində "CEO" vəzifəsini icra edən Qeri Kovaç şirkəti tərk edir. Şirkətin məlumatına əsasən, o, hələ ki şurada qalacaq, lakin ilin sonunadək idarəedici vəzifəni tərk edəcək.

Ekspertlər bildirir ki, "CEO"-nun gedişi şirkət üçün əlverişli vaxta düşmür: "Mozilla" hazırda brauzerin "Android" versiyası üzərində işləyir, həmçinin "Firefox OS" mobil əməliyyat sistemini bazara çıxarmağa hazırlaşır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bununla belə, Kovaç özü deyib ki, baş direktor kimi qarşısına qoyulmuş vəzifələri yerinə yetirib. "Mən əldə etdiyimiz uğurlardan qürur hissi keçirirəm" – deyə o bildirib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL