waplog

“Apple” şirkəti “iPad 5” modelinin istehsalına iyul-avqust aylarında başlayacaq


"Apple" şirkəti 9,7 düymluq "iPad 5" modelinin kütləvi istehsalına bu ilin iyul-avqust aylarında başlayacaq.

"ICTnews" xəbər xidmətinin "Digitimes"a istinadən verdiyi məlumata əsasən, baş istehsalın əsas şərti, əsas komponentlərin buraxılış həcmləri, əsasən də sensor panellər olacaq. Yeni "iPad" 4 nəsil qurğudan daha yüngül və nazik olacaq və "iPad mini"də istifadə edilən nazik konstruksiyalı çərçivə ilə təchiz ediləcək.


Yeni "iPad"in displeyi "LG Display" və "Sharp" tərəfindən təqdim ediləcək, sensor paneli "TPK" yığacaq, "ITO" nazik təbəqəsi isə "Nitto Denko" və "Teijin" şirkətləri tərəfindən təqdim ediləcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL