waplog

Uşaqların növbəti profilaktik peyvəndlərinin adı və vaxtı barədə məlumatlar SMS-lə gələcək


Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən uşaqların növbəti profilaktik peyvəndlərinin adı və vaxtı barədə məlumatlar mobil telefon rabitəsinin qısa mesaj (SMS) xidməti vasitəsilə özləri və ya onların qanuni nümayəndələrinə çatdırılacaq.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, “Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq edilməsi” elektron xidmətindən istifadə etmək üçün mobil telefon vasitəsilə 9103 nömrəsinə “PEYVEND” sözü və uşağın 12 rəqəmli Unikal kodunu yazaraq qısa mesajla (SMS) göndərilir. Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa, müvafiq məlumat verilir.

Xidmətdən “Azercell”, “Bakcell”, “Azerfon” (Nar) istifadəçiləri yararlana bilərlər. Mərkəzdən qeyd edilib ki, xidmət Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarına əsasən yaradılıb.

Qısa mesajın (SMS) nümunəsi: Kimə: 9103 Text: PEYVEND 000000000000

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL