waplog

Azərbaycana mobil telefon və aksesuarları qaçaqçılıq yolu ilə gətirmək cəhdinin qarşısı alınıb


Azərbaycan Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən ölkəyə mobil telefon və aksesuarları qaçaqçılıq yolu ilə gətirmək cəhdinin qarşısı alınıb.

Komitədən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan bu ölkənin vətəndaşı İlya Aleksandrovun idarə etdiyi "LADA 210740" markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı, avtomaşının arxa sol qanadının alt hissəsindəki qoruyucu şitin arxasından mobil telefonlar üçün hər biri 45 ədəd olmaqla - adapter, "qulaqcıq" və qidalandırıcı (batareya), yük yerindəki yanacaq çəninin arxasından isə 68 ədəd "Samsung GalaxyS" markalı mobil telefon aşkar olunaraq götürülüb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL