waplog

“Google”-un xrombukları populyar deyil


Təxminən iki il əvvəl satışa çıxarılmış "Chrome OS" adlanan "bulud" əməliyyat sistemi ilə işləyən noutbuklar elə də populyar deyillər. "Net Applications" şirkətinin qiymətləndirməsinə görə, xrombuklar tərəfindən yaradılan internet trafikin həcmi 0,1%-i belə ötməyib.

Xatırladaq ki, "Chromebook"lar ilk dəfə 2011-ci ilin iyununda debüt edib. Erik Şmidt "Chrome OS"-un təqdimatı zamanı yeni əməliyyat sistemini şirkətin "Windows" və "Mac OS X" platformaları ilə rəqabət apara biləcək ilk layihəsi adlandırmışdı.

İlk xrombukları "ASUS" və "Samsung" şirkətləri istehsal edib. "ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Net Applications" analitik şirkətinin statistikasına əsasən, bu müddət ərzində xrombukların satış həcmi çox aşağı olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL