waplog

Yerli bank “iPhone” mobil əlavəni işə salıb


Müştərilərin bank məhsul və xidmətlərindən daha çevik və rahat yararlanmasını təmin etmək məqsədilə "Bank of Baku" "iPhone application" xidmətini işə salıb.

"ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, artıq "iPhone" smartfonlarının sahibləri "Bank of Baku"nun təqdim etdiyi məhsul və xidmətlər ilə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər: "iPhone application" ilə müştərilər valyuta məzənnəsi, kredit və əmanət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının dəqiq ünvanı və xəritəsi ilə rahat şəkildə tanış ola biləcək.

"iPhone" əlavəsi ilə istifadəçilər kreditin onlayn ödənişini və sifarişini də edə bilərlər.

Bundan əlavə, istifadəçilər "iPhone application" ilə "Bank of Baku"nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən agah olacaqlar". Məlumat üçün bildirək ki, yaxın zamanlarda "iPhone" əlavənin "iPad" və "Android" sistemlərində də istifadəyə hazırlanması nəzərdə tutulur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL