waplog

Fermerlərin elektron qeydiyyat sisteminin yaradılmasına başlanılacaq


Cari ildə elektron kənd təsərrüfatı layihəsinin həyata keçirilməsi və fermerlərin elektron qeydiyyat sisteminin yaradılmasına başlanılacaq.

Eyni zamanda sənayedə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ölkənin yerli mallarla maksimum dərəcədə təmin edilməsi və idxaldan asılılığın minimuma endirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, kadr hazırlığı prosesinin sürətləndirilməsi də nəzərdə tutulur.

Bu məsələlər İqtisadi İnkişaf Nazirliyində keçirilən geniş kollegiya iclasında müzakirə edilib.

“ICTnews” elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, qurumun qarşısında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların cəlb edilməsi, sağlam rəqabət mühitinin tam formalaşması, inhisarçılığa qarşı daha da ciddi addımların atılması, inflyasiyanın aşağı səviyyədə saxlanılması, daxili istehsalın stimullaşdırılması, dövlət proqramlarının icrasının davam etdirilməsi, həmçinin bu ilin sonunadək üçüncü regional dövlət proqramının hazırlanması barədə müvafiq tapşırıqların icrası da dayanır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL