waplog

Cəbrayıl Əsədzadə: “Ambulator maşınların planşetlə təchizatı davam etdirilir”


Bakı şəhərində artıq 50-yə yaxın ambulator maşın planşetlə təchiz olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə təchizat işləri davam etdirilir: “Təcili yardım maşınlarının həkimlərinə planşetlər verilib. Planşetin yardımı ilə onlar mərkəzlə əlaqə saxlayırlar. Mərkəzdə çağırış qəbul edilən zaman dispetçer mərkəzi müvafiq çağırışı kompüter vasitəsilə həkimlərə istiqamətləndirir. Həkimlər artıq planşetlərindən çağırış barədə məlumatları görə bilirlər”.

Mərkəzin rəhbəri qeyd edib ki, Səhiyyə Nazirliyi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və əhali ilə birbaşa əlaqənin daha da sadələşdirilməsi məqsədi ilə yeni, qısa əlaqə nömrəsi istifadəyə verib: “Bu yaxınlarda istifadəyə verilən birbaşa “9103” əlaqə nömrəsi əhaliyə Səhiyyə Nazirliyinin bütün şöbələri ilə əlaqə yaratmaq imkanı verir”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL