waplog

“Springer”-lə elmi nəşrlərdə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma məsələləri müzakirə ediləcək


Aprelin 22-də "Springer" nəşriyyatı, Prezident yanında Elmin İnkişaf Fondu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ )birgə təşkilatçılığı ilə "Beynəlxalq elmi jurnalların tələbləri" mövzusunda seminar keçiriləcək.

Bu barədə məlumat verən İTİ-dən bildirilib ki, tədbirdə elmi nəşrlərdə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma məsələləri – beynəlxalq elmi jurnallarda çap olunan məqalələrə qoyulan tələblər, jurnal seçimi, jurnallarla iş, rəy prosesi və digər məsələlər müzakirə olunacaq.

Seminarda iştirak etmək istəyənlərwww.springer.com/baku" ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün son tarix aprelin 19-da başa çatıb. İştirak üçün ödəniş tələb olunmur, qeydiyyatdan keçən və seminarda tam iştirak edənlərə sonda sertifikat təqdim olunacaq.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL