waplog

Analitiklər “Sony Xperia Z”-nın sürətli satışının “sirri”ni açıqlayıblar


"Sony" şirkəti Xperia Z smartfonunu ilin əvvəlində Las Veqasda keçirilmiş "CES-2013" sərgisində təqdim edib. Bunu düzgün qərar adlandıran analitiklər əmindilər ki, satışa başlandığı andan sonrakı 40 gün ərzində "Sony" 4,6 milyon "Xperia Z" sata bildi.

Buna qurğunun erkən relizi və onun texniki göstəriciləri səbəb oldu. Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, digər "Android"-vendorları öz flaqmanlarını təqdim etməmişdən artıq "Sony" fevral ayında yeni smartfonunu bazara çıxarıb: "HTC şirkəti "One" smartfonunun satışlarına yalnız bir aydan sonra, həm də sadəcə 3 bazarda başladı. "LG" şirkəti "Optimus G Pro" smartfonunu fevralın sonundan Koreya və Yaponiya bazarlarında satmağa başlayıb.

"Samsung" şirkəti isə "Galaxy S4" smartfonunu ancaq aprelin ikinci yarısında satışa çıxaracaq. Məhz elə bu səbəblərdən də "Sony" qeyd olunan göstəricilərə nail ola bildi".

Analitiklər hesab edirlər ki, sözügedən modelin müvəffəqiyyətinin ikinci səbəbi onun texniki göstəriciləri, eyni zamanda su və toza qarşı (IP55 və IP57 sertifikatlaşması 1 metr dərinliyədək suda batmağa davam gətirir) dayanıqlığıdır: "Xatırladaq ki, "Sony Xperia Z" smartfonu takt tezliyi 1,5 GQz olan dördnüvəli "Qualcomm Snapdragon S4 Pro" prosessoru, 2 GB-lıq əməli yaddaş, "Mobile BRAVIA Engine" 2 texnologiyalı 5 düymlük 1080 x 1920 "Reality Display" ekranı, 16 QB daxili yaddaş (microSD-lərin dəstəklənməsi imkanı), HDR-videonu dəstəkləyən "Exmor RS" matrisalı 13 meqapiksellik kamera, həmçinin "Exmor R" matrisalı 2 meqapiksellik ön kamera ilə təchiz edilib.

Qurğunun ön və arxa panellərində zərbəyə davamlı qabıqla örtülmüş bərkidilmiş şüşədən istifadə edilib. Bütün girişlər isə rezin qapaqlarla bağlanıb.

Bununla belə, smartfonun qalınlığı 7,9 mm, çəkisi 146 qram, çıxarılmayan akkumulyatorun həcmi isə 2330 mAh təşkil edir. Smartfon "Android Jelly Bean" əməliyyat sistemi üzərində çalışır".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL