waplog

Dördnüvəli prosessorla təchiz edilmiş mikrokompüter təqdim olunub


Yaxın vaxtlarda "Android 4.1 Jelly Bean" əməliyyat sistemi ilə işləyən "Tronsmart MK908" adlanan miniatür kompüterin satışlarına başlanılacaq.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, fləş-brelok ölçüsündə qurğu 1,6 QHs takt tezlikli dördnüvəli "ARM Cortex-A9" arxitekturalı "Rockchip RK3188" prosessoru ilə təchiz edilib. Əməli və daxili fləş-yaddaşın həcmi müvafiq olaraq 2 və 16 QB təşkil edir; "MicroSD" kartları üçün slot mövcuddur.

"Bluetooth 4.0" və "Wi-Fi" simsiz rabitə adapterləri, "Mini USB" portu, "USB" və "HDMI" interfeysi var. Qurğunun çəkisi 50 qramdan azdır, ölçüsü 88×31,5×15,8 millimetrdir. Qiyməti 90 dollardır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL