waplog

Elektron vizanın tətbiqi Azərbaycana gələn turistlərin sayını artıracaq


«Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcək». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Onun sözlərinə görə, elektron vizanın tətbiqi ilə bağlı müəyyən texniki məsələlərin tamamlanması tələb olunur:

«Düşünürəm ki, yay mövsümünə biz tam hazır olacağıq. Azərbaycanın turizm şirkətlərinin də bu prosesə qoşulmağa böyük maraqları var. İnanıram ki, bu, öz müsbət təsirini göstərəcək. Onu da demək istəyirəm ki, artıq Azərbaycan vətəndaşları öz vətənlərində səyahət etməyə daha meyillidirlər. Bu regionların infrastrukturunun yaxşılaşması ilə əlaqədardır".

Nazir əlavə edib ki, bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir. Ə.Qarayev bildirib ki, adətən, hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə edilir.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL