waplog

Yeni İKT indikatorlar müəyyənləşdiriləcək


Cari ilin 4-6 iyun tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ekspert Qrupu (EGH) İKT üzrə yeni indikatorların müəyyənləşdirilməsi ilə bağlı Braziliyanın San-Paulo şəhərində öz işinə başlayacaq.

Beynəlxalq Telekommunikasiya İttifaqının İKT üzrə statistik məlumatlar və informasiya bölməsinin rəhbəri Syuzan Telçer bu barədə Naxçıvan Muxtar Respublikasında keçirilən BTİ-nin MDB ölkələri üçün "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası" mövzusunda regional seminarında məlumat verib.

Ekspert Qrupunun hazırda 140 üzvü olduğunu qeyd edən S.Telcerin sözlərinə görə, Azərbaycan, Moldova, Rusiya da bu qrupa daxildir:

"Ekspert Qrupu 2012-ci ilin may ayında təsis edilib. Digər ölkələrin nümayəndələri də qrupa üzv ola bilərlər. Qrupun əsas məqsədi ev təsərrüfatı üzrə prioritet sayılan istiqamətlərlə bağlı İKT indikatorlarına dəyişikliklər etməkdir. Ekspert Qrupu onlayn müzakirə forumunda da iştirak edir. İyun ayında keçiriləcək qrupun ilk toplantısına Braziliya ev sahibliyi və sədrlik edəcək".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL