waplog

“Bakcell”dən “Nokia Lumia” smartfonları


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

"Bakcell" şirkəti "Nokia" ilə birlikdə bütün "CİN" istifadəçilərinə yeni "Nokia Lumia" smartfonlarını xüsusi şərtlərlə əldə etmək imkanı yaradır. 25 Aprel 2013-cü il tarixindən etibarən, aşağıda göstərilən "Nokia Lumia" smartfonlarından birini alan hər bir yeni və cari "CİN" abunəçisi, telefona verdiyi pulun yarısını 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaq.

• "Nokia Lumia 520"

• "Nokia Lumia 620"

• "Nokia Lumia 720"

• "Nokia Lumia 820"

• "Nokia Lumia 920"


Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilə bilər və bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 10 AZN yüklənməlidir. Bundan əlavə, "Bakcell" abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar.

Bonuslar kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir "CİN" abunəçisi təklif olunan smartfon modellərindən birini seçib balansa 300 manata qədər bonus almaq imkanını əldə edəcəkdir.

Kampaniyada iştirak edən telefonlardan birini "Bakcell"in istənilən diler mağazasından əldə edən bütün "CİN" abunəçiləri bu unikal təklifdən yararlana bilər.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL