waplog

Elastik ekranlı telefonlar istehsal ediləcək


"LG" elastik "OLED" ekranla təchiz edilmiş smartfon istehsal edəcək. Dünyanın ən böyük mobil telefon istehsalçısı "Samsung" şirkəti sözügedən cihazı 1 il əvvəl istehsal etmək niyyətində olub.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "LG Electronics" şirkəti elastik ekranla təchiz edilmiş smartfonun çıxarılma tarixini açıqlayıb. Şirkət sözügedən qurğunu 2013-cü ilin dördüncü rübündə təqdim etməyi planlaşdırır.

Displey "OLED" texnologiyası üzrə hazırlanacaq. "LG" şirkəti aparıcı mobil qurğu istehsalçılarından biridir. "IDC" analitik şirkətinin məlumatına əsasən, adıçəkilən şirkət 2012-ci ilin dördüncü rübündə ilk beşlikdə yer ala bilməyib. "Accenture" konsaltinq şirkətinin analitiklərinin fikrincə, elastik mobil telefonlar gələcəyin trendlərindən biridir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL