waplog

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələr elektron qaydada ödənilə bilər


Dövlət Statistika Komitəsinin "Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin elektron qaydada ödənilməsi" xidməti tam avtomatlaşdırılıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət vasitəsilə statistik məlumatların qaydalarının pozulmasına görə barəsində inzibati xəta haqqında protokol əsasında inzibati tətbiq etmə barədə qərar qəbul olunmuş hüquqi və fiziki şəxslər inzibati cərimələrin ödənilməsini elektron qaydada həyata keçirirlər.

Hüquqi və ya fiziki şəxs statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimə üzrə ödənişi həyata keçirdikdə bununla bağlı çıxarışı çap edir və ya özünün elektron poçt ünvanına göndərir. İnformasiya sistemi tərəfindən müvafiq çıxarış həmçinin elektron sənəd dövriyyəsi vasitəsilə yerli statistika orqanlarına göndərilir. Yerli statistika orqanları tərəfindən elektron sənəd dövriyyəsi sistemində müvafiq qeydiyyat aparılır.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL