waplog

6.93 mm qalınlığında smartfon təqdim edilib


Çinin “Oppo” şirkəti 720×1280 piksel təsvir ölçülü 4.7 düymlü sensor displeylə təchiz edilmiş “R809T” smartfonunu təqdim edib. Şayiələrin əksinə olaraq, aparatın korpusunun qalınlığı 6.13 mm deyil, 6.93 mm təşkil edir. Müqayisə üçün, ötən ilin yazında təqdim edilmiş “Oppo Finder” smartfonunun qalınlığı 6.65 mm-dir.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Oppo R809T” adlanan smartfonun əsasını “Mediatek MT6589” çipi təşkil edir. Əməli yaddaşın həcmi 1 QB-dır. Sözügedən smartfon 2 və 8 meqapiksel matrisli kamera, “Wi-Fi” və “Bluetooth” simsiz rabitə adapterləri, həmçinin standart sensorlar dəsti ilə təchiz edilib. Aparata “Android 4.2 Jelly Bean” mobil əməliyyat sistemi quraşdırılıb.

Qiymət və çıxarılma tarixi haqqında məlumat hələ ki yoxdur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL