waplog

Mobil autentifikasiya sertifikatlarının internet üzərindən onlayn sifarişi üçün hazırlanan proqram yaxın vaxtlarda istismara veriləcək


İstifadəçilərin mobil autentifikasiya sertifikatlarının internet üzərindən onlayn sifariş etmələri üçün proqram hazırlanır və bu yaxınlarda istismara veriləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, Mobil Autentifikasiya Mərkəzi hazırdır və fəaliyyət göstərir: "Hələlik Qeydiyyat Mərkəzi isə ancaq Məlumat Hesablama Mərkəzindədir".

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevim 90 illik yubileyi münasibəti ilə RİTN-də icra edilən müvafiq Tədbirlər Planına uyğun olaraq, MHM-in üzərinə düşən işlər sırasında mobil elektron imza sertifikatlaşdırma mərkəzinin yaradılması və istismara verilməsi, mobil cihaz qeydiyyat sisteminin yaradılması və istismara verilməsi, "E-hökumət" portalının yeni platformada, yeni dizaynla hazırlanması və istifadəyə verilməsi, sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sisteminin yaradılması və istismara verilməsi, respublikanın bütün ərazisində internet vasitəsilə rabitə və kommunal xidmət haqlarının ödənilməsinin təmin edilməsi yer alıb.

Sözügedən işlərin əksəriyyəti artıq icra edilib.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL