waplog

Pakistanın İnformasiya Texnologiyaları İnstitutu azərbaycanlı tələbələri “Kompüter elmləri” üzrə təhsil almağa dəvət edir


İslam Əməkdaşlığı Təşkilatının Təhsil Mübadilə Proqramı çərçivəsində Pakistanın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) azərbaycanlı tələbələri "Kompüter elmləri" üzrə təhsil almağa dəvət edir. İTİ tərəfindən 2013-cü ilin payız sessiyası üçün təklif edilən təqaüd proqramlarına "Elektrik mühəndislik", "Riyaziyyat", "Fizika", "Meteorologiya", "İdarəetmə elmləri", "Biologiya elmləri" kimi ixtisaslar daxildir.

Təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd proqramları çərçivəsində təhsil pulsuzdur, yaşayış və nəqliyyat xərclərinə isə 63 faiz endirim tətbiq olunur.

Təyyarə biletləri üçün hər hansı bir ödəniş həyata keçirilmir. Təqaüd proqramları barədə məlumat almaq və ərizəni yükləmək üçün bu internet ünvanına müraciət edilməlidir:
www.oic-oci.org/external_web/eep/ciit.html

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL