waplog

“Webby” mükafatının sahibləri bəlli olub


"Webby" mükafatının sahibləri bəlli olub. Ən məşhur və nüfuzlu mükafatlardan biri olan "Webby" hər il ən yaxşı internet layihələrin yaradıcılarına təqdim edilir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, bu il "ilin irəliləyişi" nominasiyasında Barak Obamanın seçkiqabağı kampaniyasının təşkilatçıları qalib gəliblər. "İnternetin inkişafına töhfə" mükafatına 1980-ci illərdə hazırlanmış və indiyə qədər populyarlığını itirməyən GIF" qrafik şəkil formatının yaradıcısı Stiv Uilxayt layiq görülüb.

Amerikalı reper Frenk Ouşen "ilin insanı", kanadalı müğənni Kler Buşe "ilin aktrisası" adlandırılıb. "Netflix" "ən yaxşı axın videoxidməti" adına layiq görülüb. 1997-ci ildə təsis edilmiş "Webby" mükafatı bu il 17-ci dəfə verilib. Qaliblərin mükafatlandırılma mərasimi mayın 22-də keçiriləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL