waplog

“Elmi müzakirə: müasir dünyada innovasiya” mövzusunda XII Beynəlxalq qiyabi elmi-praktik konfrans keçiriləcək


Moskva Beynəlxalq Elm və Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Elmi müzakirə: müasir dünyada innovasiya" mövzusunda XII Beynəlxalq qiyabi elmi-praktik konfrans keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, konfransda iştirak etmək üçün aspirantlar, namizədlər, doktorantlar, tədqiqatçılar, tələbələr (yalnız elmi rəhbərləri ilə birgə) dəvət olunurlar:

"Konfransın nəticələrinə görə ISBN, UOT və KBT kodlu konfrans materialları toplusu nəşr olunacaq və Rusiya Kitab Palatası qeydiyyat ilə kitabxanalara göndəriləcək. Topludakı materialların nəşri alimlik dərəcələrinin verilməsinin tənzimlənməsi haqqında Əsasnaməyə müvafiq olaraq nəşr olunmuş dissertasiyanın əsas elmi nəticələri ilə bərabərdir. Konfrans üçün materiallar may ayının 9-na qədər qəbul olunacaq".

Rus və ingilis dillərində aparılacaq qiyabi konfransda iştirak etmək istəyənlər öz məqalələrini e-mail vasitəsilə: innovation@internauka.org ünvanına göndərməlidirər.

Qeyd edək ki, Moskva Beynəlxalq Elm və Təhsil Mərkəzi 27 elmi istiqamət üzrə beynəlxalq səviyyəli qiyabi elmi-praktik konfranslar təşkil edir. Mərkəz tərəfindən bu vaxta qədər dünyanın 15 ölkəsindən 1200-dən çox alimin iştirak etdiyi 40-dan çox konfrans təşkil edilib.

Mərkəzin konfranslarına Rusiya, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ukrayna, Belarus, Polşa, Latviya, Bolqarıstan, Moldova, Rumıniya, Estoniya, Yunanıstan, Türkiyə kimi ölkələrin nümayəndələri qatılır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL