waplog

Fotolar bizim əhvalımızdan xəbər verəcək?!


Yaradılmış qeyri-adi kompüter proqramı foto vasitəsilə insanın əhvalını tez və dəqiq təyin edir. Yeni proqram təminatı təhlükəsizlik sistemləri, həmçinin sosial şəbəkələrdə tətbiq edilə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sistem Avstraliya Milli Universitetində işləyən Abzinav Dxal tərəfindən işlənib hazırlanıb. Sözügedən proqram hər hansı şəxsin fotosunu təhlil edərək ona müəyyən əhval-ruhiyyə balı təyin edir .

Layihə Dallas şəhərində keçirilmiş “Multimedia Retrival” konfransında nümayiş etdirilib. Kompüter alqoritmləri insanın üzündəki 9 nöqtəni əsas götürürlər.

Alimlər dəqiqlik əldə etmək üçün xeyli səy göstəriblər. Dxal qeyd edib ki, yaxın gələcəkdə onun komandası sistemi elə təkmilləşdirmək istəyir ki, eyni zamanda kadrda olan çoxlu insanın əhval-ruhiyyəsini təhlil edə bilsin.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL