waplog

Kiber-qulaq təbii qulaqdan daha yaxşı eşidir


Prinston Universitetinin bir qrup tədqiqatçısı mövcud bio- və 3D-çap texnologiyaların koməkliyi ilə, insan qulaqlarının eşidə biləcəyi radiotezliklərdən kənara çıxan funksional “qulaq” işləyib hazırlayıblar.

“ICTnews” xəbər xidməti www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən, tətqiqatçılar deyirlər ki, yaradılan “qulağın” əsas məqsədi bioloji və texnoloji elementlərin vahid konstruksiyada birləşdirilməsi texnologiyalarını nümayiş etməkdir. Alimlərin sözlərinə əsasən, hüceyrənin üçölçülü möhürünə, miniatyur anten rolunu oynayan, nanohissəciklər tətbiq edərək, bir birininin davamı olan elektron və bioloji komponentlərdən ibarət “kibernetik qulaq” düzəldilib.

“Qulağ”ın yaradılması üzrə layihəınin rəhbəri Maykl Makelpayn bildiruib ki, onların universiteti Tafts adına universitetlə birgə, xəstələrin vəziyyətini daimi nəzarət altında saxlamağa imkan verən elektron tatuirovka hazırlayıblar.

Tətqiqatçılar bildiriblər ki, onlar faktiki olaraq, elektronika hesabına imkanları genişləndirilmiş tam bioloji orqan yaradıblar. “Qulaq”ın düzəldilməsində qulaq formasında xüsusi qığırdaq istifadə edilib və onun içinə, əsl qulağın funksiyalarını təqlid edən canlı hüceyrələr səpkisi eləcə də, elektron komponentlər yerləşdirilib.

"Qulağın yenidənqurmasına tibb sahəsində və müasir plastik cərrahiyədə ən mürəkkəb proses hesab olunur”, - deyə M. Makelpayn bildirib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL