waplog

Sərmayədarlar “Qiwi” ödəniş sisteminin 884 milyon dolara qiymətləndiriblər


“Qiwi” şirk’ti “Nasdaq”da IPO keçirib. Şirkətin səhmləri 17 dollara satılıb, ümumilikdə “Qiwi”nin investorları 244,4 milyon dollar qazanıblar.

“ICTnews” xəbər xidmətinin www.therunet.com saytına istinadən verdiyi məlumata əsasən, Rusiyada ən iri ödəniş sistemini idarə edən şirkət, qiymətli kağızın biri 17 dollar təşkil edən 12,5 milyon səhm yerləşdirib. IPO-nun nəticələrinə əsasən “Qiwi” sərmayədarlar tərəfindən 884 milyon dollara qiymətləndirilib.

“Vedomosti” qazetinin məlumatına əsasən, “Qiwi”nin səhmlərini alan sərmayədarların 80%, ABŞ , 17% - Avropa və 3% — dünyanın digər ölkələrinin vətəndaşları olub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL