waplog

Nazir müavini: «Növbəti mərhələdə elektron xidmətlərin göstərilməsi bələdiyyələri də əhatə etməlidir»


"Azərbaycanda elektron hökumətin inkişaf etdirilməsi və elektron xidmətlərin göstərilməsinə bütün mərkəzi icra hakimiyyəti orqanları qoşulub və 417 dövlət xidmətinin təqribən 205-i artıq "Elektron hökumət" portalında yerləşdirilib".

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. Onun sözlərinə görə, sözügedən portal vasitəsilə mərkəzləşmiş fəaliyyətin həyata keçirilməsi imkan yaradır ki, bütün dövlət orqanlarında mövcud müxtəlif informasiya-məlumat bazaları bir yerdə birləşdirilərək vətəndaşların istifadəsinə verilsin:

"Artıq bu xidmətlərin yerli icra hakimiyyətləri səviyyələrində də həyata keçirilməsi təmin ediləcəkdir. Növbəti mərhələdə isə elektron xidmətlərin göstərilməsi bələdiyyələri də əhatə etməlidir".

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL