waplog

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatlar elektron imza əldə etməlidir


AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) müəssisə və təşkilatları "elektron imza" əldə etməyə çağırıb. Belə ki, Azərbaycanda "Elektron elm"in formalaşması məqsədilə Elmi İnnovasiyalar Mərkəzi sənədlərin elektron mübadiləsinə keçir:

"Bunun üçün "elektron imza"nın əldə edilməsi zəruridir. "Elektron imza"nın əldə edilməsi haqqında ətraflı məlumatı "www.e-imza.az" saytından əldə edə bilərsiniz".

Qeyd edək ki, elektron imza "Elektron dünya"da şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.

Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL