waplog

Azərbaycan hökuməti “Fiber to Home” layihəsinin hansı formada həyata keçirilməsini müəyyən edir


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı genişzolaqlı internetin infrastrukturunun "Fiber to Home" texnologiyası üzərində qurulması layihəsinin razılaşdırma prosesi başa çatmaq üzrədir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, hazırda layihə ilə bağlı son rəylər toplanır. Nazirlik layihəni ölkə prezidentinə təqdim etdikdən sonra hökumətlə razılaşdırılması prosesinə başlanılıb. Artıq layihə haqda bütün aidiyyəti orqanlar öz rəylərini bildiriblər.

Yaxın zamanda layihə ilə bağlı təkliflərini İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi bildirməlidir və onların rəyi əsasında layihə sənədlərinin son variantı hazırlanacaq.

Əslində bu gün artıq layihənin hansı formada həyata keçirilməsi məsələsi gündəmdədir, yəni bu layihə Dövlət proqramı, Tədbirlər planı və ya digər şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu SOFAZ büdcəsində layihənin ilkin maliyyələşməsinə 103,6 milyon manatın ayrılması gözlənilir. Layihənin məqsədi ölkənin bütün kəndlərində yerləşən son istifadəçilərə fiber-optik xətlər vasitəsi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təqdim edilməsidir.

Üç ili əhatə edəcək layihə çərçivəsində ölkədə 100 Mbit/s sürətlə internetin təqdim edilməsi nəzərdə tutulub. Bunun nəticəsində "Elektron hökumət" layihəsi çərçivəsində təqdim edilən elektron dövlət xidmətlərinin infrastrukturu təkmilləşdiriləcək və bu xidmətlər ölkə əhalisi üçün daha əlçatımlı olacaqlar.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL