waplog

“Panasonic” özünə gələ bilmir


Yaponiyanın elektronika istehsalçısı “Panasonic” şirkəti maliyyə ilini zərərlə başa vurub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012 maliyyə ilinin yekununa görə, sözügedən şirkətin xalis zərəri 745,25 milyard yena (təxminən 7,46 milyard dollar) təşkil edib. Xatırladaq ki, bir il əvvəl zərərin həcmi 772,17 milyard yena idi.

Bir il ərzində mənfəətin həcmi 6,9% azalaraq 7,303 trilyon (təxminən 73,77 milyard dollar) olub. Əməliyyat gəliri 3 dəfə artaraq 160,94 milyard yena (təxminən 1,63 milyard dollar) olub.

Böyük miqdarda pul itkisi şirkətdə aparılmış yenidənqurma işlərinə 508,8 milyard həcmində vəsaitin xərclənməsi ilə bağlıdır. Şirkət bu maliyyə ilində bu məqsədlə əlavə 120 milyard yena xərcləməyi planlaşdırır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL