waplog

Azərbaycan regionlarının “DVB-T2” rəqəmli yayım formatına keçid vaxtı məlum olub


Azərbaycanın ilk kabel televiziya operatoru "B&B TV" şirkəti ölkə regionlarının "DVB-T2" rəqəmli yayım formatına keçidinin vaxtını bildirib. Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycanın regionlarının "DVB-T2" rəqəmli yayım formatına keçidi üzrə işlər gələn ildən başlanılacaq.

"İlk növbədə bizim qarşımızda Bakıda və Naxçıvan Muxtar Respublikasında "DVB-T2" rəqəmli yayım formatının təşkili durur. Bu ilin ikinci yarımilliyinin əvvəlində biz Naxçıvanda, "DVB-T2" formatda kommersiya paketini təqdim etməyə hazırlaşırıq. Paralel olaraq Bakıda analoji işlər aparılır və bu ilin sonuna kimi paytaxtda analoq yayımının dayandırılması və tamamilə rəqəmli yayıma keçid nəzərdə tutulub", - deyə "B&B TV"-də bildiriblər.

Şirkətin mütəxəssisləri "Hannu Pro» şirkətinin konsultantları ilə birgə ölkə regionlarında "DVB-T" formatında yayıma tələbatın monitorinqini keçiriblər və artıq "DVB-T" stansiyalarının quraşdırılacağı regionların siyahısını hazırlayıblar. "Hannu Pro"v şirkəti Latviyada və Bolqarıstanda "DVB-T" formatında rəqəmli yayım şəbəkəsinin yaradılmasında iştirak ediblər.

İlkin məlumata əsasən rəqəmli formatda 100-dək televiziya kanalının təqdim edilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL