waplog

Yaponiyalı qoca "Excel"də möhtəşəm şəkillər yaradıb (FOTOLAR)


Niyə məhz "Excel"? 

"ICTnews" "Banker.az" saytına istinadən xəbər verir ki, digər ixtisaslaşdırılmış qrafik proqramları  baha olduğuna görə yaponiyalı qoca  "Excel" proqramından istifadə edərək möhtəşəm şəkillər yaratmağa nail olub. O bildirib ki,  bu proqram əvvəlcədən kompyuterdə quraşdırıldığı üçün işi daha asan olub. Maraqlıdır ki, çoxları "Excel" proqramının çətinliyindən şikayətlənsələr də, bu proqramın istifadəsi yaponiyalıya  daha sadə gəlib.

Təqaüdçü qocanın sözlərinə görə o öz gündəlik işində "Excel"dən istifadə etmir. "Mən digər insanların "Excel"də səliqəli qrafiklər, cədvəllər qurduğunu gördüm və düşündüm ki, "Excel"dən şəkillər yaratmaq üçün istifadə edə bilərəm".



Şirkətdən qovulduqdan sonra o nəsə yenilik etmək lazım olduğunu hiss etdi.





O kompyuter alaraq Exceldən istifadə etməyi öyrəndi və 10 ildən sonra öz işini sərgilərdə nümayiş etdirən qrafik rəqəmsal rəssam oldu. 





Digər rəssamlar da şəkil çəkmək üçün sözsüz Exceldən istifadə edirdilər. Lakin ənənəvi və möhtəşəm yapon motivlərini yaradan təqaüdçülər elə də çox deyil!

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL