waplog

Dünyada “Haswell” çipləri ilə təchiz edilmiş ilk noutbuk təqdim edilib


Yaponiyanın “Nec” şirkəti dördüncü nəsil “Intel Core” mikroprosessorları ilə işləyəcək ilk noutbuku təqdim edib. Xatırladaq ki, sözügedən çiplərin iyunun 3-də Tayvanda keçiriləcək “Computex” sərgisində rəsmi təqdimatı gözlənilir.

Bununla belə, yapon istehsalçısı hazırda noutbukun yalnız ümumi spesifikasiyaları haqqında məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin bəyanatına əsasən, “LaVie L” noutbuku IPS (1900x1200 piksel) texnologiyası üzrə yaradılmış 15.6 düymlü sensor ekran, 8 QB əməli yaddaş, 1 TB həcmində sərt disk və 32 QB-lıq sərtgövdəli disklə təchiz edilib.

Model Yaponiyada 2000 dollara satışa çıxarılacaq. “Intel” korporasiyasının iyunun 3-də masaüstü, noutbuk və planşetlər üçün “Haswell” prosessorlarını nümayiş etdirəcəyi gözlənilir. Sözügedən çiplər daha yüksək məhsuldarlıq təmin edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL