waplog

“HP” şirkəti “Android” platforması ilə işləyən noutbuk təqdim edib


"HP" şirkətinin təqdim etdiyi "SlateBook x2" qurğusunu həm planşet, həm də noutbuk kimi istifadə etmək olar. Sözügedən cihaz "Android 4.2.2" platforması ilə işləyir və "NVIDIA Tegra 4" aparat platformasına əsaslanır.

Cihaz 1920×1200 piksel təsvir ölçülü 10,1 düymlü sensor "IPS" ekran və qoşulan klaviatura ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "HP SlateBook x2", həmçinin 2 QB əməli yaddaş və 64 QB daxili yaddaş, "microSD" slotu ilə təchiz edilib.

Aparatın iki batareyası var: biri planşet hissəsində, ikinci klaviaturadadır. Qurğunun qiyməti 500 dollardır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL