waplog

Zəlzələlərdən Qorunma üzrə Milli Strategiyanın hazırlanması planlaşdırılır


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə “Zəlzələlərdən Qorunma üzrə Milli Strategiya”nın hazırlanmasını planlaşdırır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, bu strategiyanın hazırlanmasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini və “Azərbaycan Milli Aerokosmik Agentliyini cəlb etmək məqsədəuyğundur.

“Məncə, bu iki qurumun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə biz bu məsələ ilə bağlı müsbət elmi nəticəyə gələ bilərik”, -deyə A. Əlizadə bildirib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL