waplog

Ağ rəngli "Nexus 4" smartfonunun çıxarılma tarixi açıqlanıb


"Google" şirkəti ağ rəngli "Nexus 4" smartfonunu istehsal edəcək. "Android and Me"nin məlumatına əsasən, sözügedən aparatı iyunun 10-dan "Google Play"-dan sifariş etmək mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, internet nəhəngi "Nexus 4" smartfonunu ötən il oktyabrın 29-da Koreyanın "LG" şirkəti ilə əməkdaşlıq çərçivəsində istehsal edib.

Adıçəkilən cihaz 1.5 QHs takt tezlikli dördnüvəli "Snapdragon S4 Pro" prosessoru, "Adreno 320" qrafikası, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş, həmçinin 8 meqapiksellik kamera ilə təchiz edilib.

Ekranın ölçüsü 4,7 düym, kəskinliyi 1280x768 piksel təşkil edir.

Xatırladaq ki, "Android 4.2" əməliyyat sistemi ilk dəfə "Nexus 4" smartfonunda quraşdırılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL