waplog

Yerli sahibkarlara e-ticarətlə bağlı seminar keçirilib


Azərbaycanda fəaliyyət göstərən sahibkarlara elektron xidmətlərin üstünlükləri ilə bağlı treninq keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən saytımıza verilən məlumata görə, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən tədbirdə İİN-in əməkdaşları, Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib.

Treninqdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı, strukturu, güzəştli ixrac şərtləri, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+") əsas xüsusiyyətləri və biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilmiş, mövzular üzrə təqdimatlar keçirilib.

Tədbirdə həmçinin, "www.icazeler.gov.az", "www.b2b.az" elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, elektron ticarət və onun əhəmiyyəti və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL