waplog

Qabaqcıl texnologiyaların nümayişi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderləri bir araya gələcək


4-7 iyun 2013-cü il tarixdə Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri olan Beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz 20 illik yubileyini qeyd edəcək.

Dünyanın 27 ölkəsindən 300-dən artıq şirkətin iştirak etdiyi "Caspian Oil & Gas" sərgisi neft-qaz hasilatı və emalı, nəqletmə və loqistika, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayiş etdirilməsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir araya gətirir. Bu barədə məlumat verən AMEA-dan bildirilib ki, "Caspian Oil & Gas" yubiley sərgisi çərçivəsində "BP Azerbaijan" şirkəti yerli şirkətlərə öz məhsul və xidmətlərini potensial müştərilərə təqdim etmək imkanı yaratmaq məqsədilə "Alıcılarla tanış olun" ("Meet the Buyer") adı altında tədbir keçirəcək.

Tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanılması və utilizasiyası, müxtəlif xidmətlərin göstərilməsi və bir sıra digər sahələr üzrə ixtisaslaşmış 90-a yaxın yerli şirkət iştirak edəcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL