waplog

İyulda fləş-kart ölçüsündə kompüter satışa çıxarılacaq


"Dell" şirkəti tezliklə "Android" əməliyyat sistemi ilə işləyən "Project Ophelia" yığcam kompüterinin tədarüklərinə başlanılacağını bəyan edib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, sözügedən cihaz görünüşcə "USB" fləş-yığıcını xatırladır. Lakin onda "USB" konnektoru əvəzinə "HDMI" konnektordan istifadə olunur. Beləliklə, kompüteri birbaşa monitorun "HDMI" portuna qoşmaq olar.

Cihazın texniki xüsusiyyətləri haqqında ətraflı məlumat hələ ki yoxdur. Həmçinin bildirilib ki, qurğu kompüter, oyun konsolu və ya televiziya əlavəsinin funksiyalarını yerinə yetirə bilər. "Dell Project Ophelia" kompüteri təxminən 100 dollara satışa çıxarılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL