waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı gənclər üçün yüksək mükafat fondu olan müabiqə elan edib


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 18-26 yaş arası gənclər üçün "Gənc novatorlar müsabiqəsi" elan edib.

Müsabiqə əlaqəli texnologiyalardan istifadə etməklə dünyaya təsir edən və insanların həyatını yaxşılaşdıra bilən yeni fikir və layihənin təqdim edilməsi yolu ilə həyata keçirilir.

Təqdim olunan layihələrdən müəyyən olunacaq 10 ən yaxşı iş fikrinin müəllifləri cari il, 19-22 noyabr tarixlərində Banqkok şəhərində təşkil ediləcək "BTİ Telekom-2013" tədbirində iştirak etmək hüququ, eləcə də 10000 CHF (İsveçrə frankı – təxminən 810,2 AZN) miqdarında pul mükafatı qazanmaq imkanı əldə edəcək.

Ərizə qəbulu 30 iyun, 2013-cü il tarixinədək davam edir. Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı internet səhifəsindən əldə etmək mümkündür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL