waplog

Azərbaycan alimləri yapon şirkətlərinin müasir laborator avadanlıqları ilə tanış olublar


Bakı Dövlət Universitetinin Fizika fakültəsinin alimləri və laborantları Yaponiyanın "Tokyo Boyko" şirkətinin rəsmi dəvəti ilə Yaponiyada elmi səfərdə olublar.

Universitetdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, səfər zamanı elm işçiləri "JEOL" şirkətinin istehsal etdiyi "JSM 7600" markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə, nümunələrin mikroskopda şəklinin alınması üçün ilkin hazırlıq mərhələləri ilə yaxından tanış olublar, treninq keçirib və "JEOL"-un müvafiq sertifikatını alıblar.

Səfər çərçivəsində onlar "Nikon" korporasiyasında olub və orada hazırlanan cihazların texniki imkanları ilə yaxından tanış olaraq, cihazlarda aparılan tədqiqat işlərində iştirak ediblər. Yaponiya şirkətinin əməkdaşları azərbaycanlı alimlərə Tibbi-bioloji sistemlərdə tədqiqat aparmaq üçün ifrat yüksək ayırdetmə qabiliyyətinə malik flüeresent mikroskopunun imkanları barədə ətraflı məlumat veriblər.

"Nikon" korporasiyasının əməkdaşı Noboru Hirakava robotla təchiz olunmuş biostansiyanın imkanları və işləmə prinsipi barədə məlumat verib. Səfər zamanı "Rigaku" korporasiyasında "Benchtop X-ray Diffractometer MiniFlex 600" qurğusunun iş prinsipi ilə yaxından tanış olunub və qarşıya çıxan problemlər müzakirə olunub, "Nikon" korporasiyasının prezidenti ilə görüş keçirilib və gələcək əməkdaşlıq barədə danışıqlar aparılıb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL