waplog

İstifadəçilər “iPhone”-dan niyə məmnun deyillər?


Dərc edilmiş statistikaya əsasən, "iPhone" istifadəçiləri qurğularından bir il əvvəllə müqayisədə daha az məmnundurlar. "Apple" şirkəti 2% istehlakçı rəğbəti itirdiyi halda, "Samsung"da adıçəkilən göstərici 7% artıb.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, reytinqinin azalmasına baxmayaraq, "iPhone" istifadəçiləri digər brend sahibləri ilə müqayisədə öz cihazlarından əvvəlki kimi daha çox məmnundurlar. Məmnunluq indeksi müəlliflərinin qiymətləndirməsinə görə, "iPhone" istifadəçilərinin cihazdan məmnunluq göstəricisi 81% olub.

"Samsung" istifadəçilərinin şirkətin qurğularından məmnunluq göstəricisi 76% təşkil edib ki, bu da ötənilki göstəricidən 7% çoxdur. "Motorola" şirkətinin məmnunluq göstəricisi 5% artaraq 77% olub. "Nokia"da isə sözügedən göstərici 76% təşkil edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL