waplog

Məktəblilər hansı sosial şəbəkəyə üstünlük verir?


“Pew Research” şirkətinin məlumatına görə, 2012-ci ildə “Facebook”da hesaba malik 12-17 yaşlı istifadəçilərin payı 94% olub. Bu göstərici ötən illə müqayisədə 1% çoxdur. Lakin tədqiqatçılar qeyd ediblər ki, sosial şəbəkənin populyarlığı azalır və orada çox vaxt əhəmiyyətsiz məsələlər müzakirə edilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Twitter”, əksinə, ötən müddət ərzində yeni istifadəçilər cəlb edib. 2011-ci ildə orada 12% məktəbli qeydiyyatdan keçdiyi halda, 2012-ci ildə onların sayı 26% olub. “Instagram” xidmətinin də populyarlığı artır.

"Twitter” və “Instagram”da qeydiyyatdan keçdikdən sonra “Facebook” heç yada düşmür" – 14 yaşlı qız öz fikrini bölüşüb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL