waplog

“Porsche” smartfonunun qızıl versiyası istehsal edilib


"Porsche Design" "P'9981" smartfonunun xüsusi versiyasını təqdim edib və onun korpusu poladdan hazırlanıb. Cəmisi 25 ədəd bu cür aparat istehsal ediləcək və onlar iyunda satışa çıxarılacaq. Qurğunun qiyməti hələ ki məlum deyil.

Müqayisə üçün qeyd edək ki, "Porsche Design P'9981" smartfonunun standart versiyasının qiyməti təxminən 1800 dollardır. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, sözügedən cihaz 1.2 QHs takt tezlikli birnüvəli prosessor, 768 MB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin "microSD" kartları üçün slotla təchiz edilib. 2.8 düymlü ekranın təsvir ölçüsü 640x480 nöqtə təşkil edir və "BB7" əməliyyat sisteminin modifikasiya edilmiş versiyası quraşdırılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL