waplog

Azərbaycanda mobil telefon reklamlarından istifadəçilər gəlir əldə edəcək


Azərbaycanda mobil telefon istifadəçilərinin çox olması bu istiqamətdə sərmayə qoyuluşları və müxtəlif gəlir gətirən xidmətlərin artmasına şərait yaradıb. Rəsmi statistikaya görə, hazırda əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür. Bu göstərici də sahənin cəlbediciliyini artırıb. Ona görə də ölkədə yeni mobil xidmət fəaliyyətə başlayır.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, ("ManADS") «manads.az» mobil telefon istifadəçilərinə vaxt və pul qazanmaq imkanı yaradıb. Belə ki, adıçəkilən şirkət mobil telefon abunəçilərinə reklamları izləməklə həm məlumatlandırır, həm də qazandırır.


"Manads"dan verilən məlumata görə, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir və mobil telefonların sayı ümumi əhalinin sayından artıq olan bir dövrdə bu göstərici əlavə situasiya yaradır. «Mobil telefonların insanlara olan faydaları və bizə verdiyi fürsətlər durmadan artmaqdadır. Bizi əhatə edən cəmiyyətin müxtəlif sahələrində reklam məhsullarını izləyirik.

"Manads" tətbiqi sizə mobil telefonunuzdan reklamları izləyərkən pul qazanma imkanını yaradır. Təklif etdiyimiz xidmət vasitəsilə siz onsuz da gündəlik etdiyiniz və hətta etməyə məcbur qaldığınız zənglərə cavab verməklə xərclərinizin müəyyən qismini qarşılaya bilərsiniz» - deyə şirkətdən xidmətin mahiyyəti haqqında məlumat verilib. "Manads" bəyan edir ki, artıq zəng etməyə xərclənən pulları, zəngləri qəbul edərkən qazanmaq mümkün olacaq.

Sözügedən sistemdən yararlanmaq istəyən mobil telefon abunəçiləri isə "Manads" rəsmi internet səhifəsinə daxil olaraq bir lazımi proseduru keçməlidir. Yəni istifadəçi "Google Play"-dən tətbiqi mobil telefonuna yüklədiyi andan zənglər zamanı reklam məhsullarını izləməyə başlayacaq və bu zaman hər reklama görə müəyyən məbləğ pul hesabına daxil olacaqdır: "Manads" tədbiqi mobil telefonda aktivləşdirdiyi andan gələn zənglər və SMS-lər zamanı müxtəlif məzmunlu reklam posterləri izlənməlidir. İstənilən zaman tətbiqin funksiyalarını dayandırmaq da mümkündür.


Reklam posterlərinə baxdıqca hər posterə görə 0.02 AZN qazanmaq olur. Tətbiq dostlarla paylaşıldığı zaman daha çox pul qazanma şansı yaranır. Belə ki, dostların hər baxdığı reklama görə abunəçiyə əlavə pul qazandırır».

"Manads" qeyd edir ki, hazırda bundan yalnız "Android" əməliyyat sistemi ilə işləyən mobil telefonlardan istifadə etmək mümkündür. Ortalama hesabla hər istifadəçi ay ərzində mobil tətbiqi istifadə etməklə 12-45 AZN qazana bilər ki, bununla öz aylıq danışıqlarını ödəyə biləcəkdir.

«Tətbiq hal-hazırda test mərhələsindədir. Bu mərhələdə yalnız virtual pullar qazanıla biləcək. Sonradan bu virtual pullar vasitəsilə istifadəçilər hədiyyələr qazana biləcəklər. İyun ayının sonlarından etibarən artıq istifadəçilər real hesablarını formalaşdıra biləcəklər. Qazanılmış pulları nağdlaşdırmaqla yanaşı, müxtəlif yerlərə ödənişlər etmək mümkün olacaqdır».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL