waplog

“Azərkosmos” bir sıra yerli və xarici şirkətlərlə danışıqlar aparır


Hazırda "Azerspace1" peyki üzərindən teleyayımın və digər xidmətlərin təşkili ilə bağlı danışıqlar aparılır.

"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq Azərbaycanın ilk milli telekommunikasiya peyki kommersiya istifadəsinə verilib. Peykin 40%-i Malayziyanın "Measat" şirkəti tərəfindən icarəyə götürülüb, hazırda isə digər ölkələrlə, o cümlədən Afrika və Avropa ölkələri, daha konkret Almaniya ilə, peykin boş resurslarının icarəsi ilə bağlı danışıqlar aparılır.

Yaxın zamanda, artıq yerli kanalların milli peyk üzərindən yayımının təşkili ilə bağlı müqavilələr imzalayacağıq. Xarici topdan teleyayım təşkil edən şirkətlər ilə "Azerspace1" üzərindən yayımın təşkili ilə bağlı danışıqlar da aparılır.

Bununla yanaşı, "Azərkosmos" hazırda yerli özəl şirkətlərlə peykin imkanlarından istifadə edərək, data xidmətlərinin təqdim edilməsi ilə bağlı müzakirələr aparır.

Qeyd edək ki, Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azerspace1" 2013-cü ilin 8 fevral tarixində kosmosa buraxılıb. May ayından etibarən peyk kommersiya istifadəsinə verilib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL