waplog

İtalyanlar Azərbaycanda nanotexnologiya ilə maraqlanıblar


İtaliyanın La Sapienza Universitetinin prorektoru Antonello Biaginini, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Bakı Dövlət Universitetində nanotexnologiya və Elektron Tədris Mərkəzi ilə maraqlanıblar.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə BDU-nun mətbuat xidmətindən məlumat verilib. Qonaqları qəbul edən BDU-nun rektoru akademik Abel Məhərrəmov İtaliya elm və təhsil müəssisələri ilə əlaqələri inkişaf etdirməyə hazır olduqlarını vurğulayaraq universitet haqqında məlumat verib. BDU-nun bir çox xarici proqram və qrant üzrə işlədiyini və universitetin "Boloniya prosesi"nə qoşulduğunu qeyd edib.

Bildirib ki, bu sistemin əsas məqsədi universitetlər arasında inteqrasiyanı gücləndirməkdir. Bu baxımdan ölkədə çoxlu islahatların həyata keçirildiyini, bu mühiti Azərbaycan universitetlərinə gətirmək üçün xaricə tələbələrin göndərildiyini də qonaqların nəzərinə çatdırıb.

Təmsil etdiyi ali təhsil ocağı haqqında danışan qonağın sözlərindən məlum olub ki, LaSapienza Universiteti 1303-cü ildə təsis edilib və İtaliyanın ən qədim universitetlərindən biridir. 145000 tələbəsi olan universitetin 4500 professoru var və 300-dən çox istiqamətdə tələbə hazırlayır.

Prorektor görüşün məqsədinin universitetlər arasında əməkdaşlıq olduğunu bildirib. Sonra qonaqlar BDU-nun Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi, universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Elektron Tədris Mərkəzi ilə tanış olublar.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL