waplog

“Azərbaycan dəmir yolları” “ağıllı sistem”ə keçəcək


"Azərbaycan dəmir yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəmiryol daşımalarında yeni texnologiyaları tətbiq edəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, QSC siqnalizasiya və hərəkəti idarəetmənin müasir avtomatlaşdırılmış sistemlərini almağı planlaşdırır.

Belə ki, siqnalizasiya və avtomatlaşdırılmış nəzarət sisteminin yenilənməsi zamanı "ağıllı sistem"ə qəbul olunması əsas götürülüb. Məlumat üçün bildirək ki, bu sistem özünün unikallığı ilə seçilir və kompüter çipləriylə təchiz edilir.

Onun sayəsində mexaniki çalışan avadanlıqlardan, eləcə də yolların ötürülməsi üçün istifadə olunan oxlardan imtina etməyə şərait yaranır. Bundan başqa, bu sistem Bakıya gələn xətlərdə yolların ötürməsini bir nöqtədən həyata keçirməyə imkan verir.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL